Yeni gəlin daha bir qaydanı pozdu - Fotolar

Yeni gəlin daha bir qaydanı pozdu – Fotolar

İyunun 9-da Londonda Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası II Elizabetin 92 yaşının tamam olması münasibətilə ənənəvi Təvəllüd Günü təmtəraqlı şəkildə qeyd olunub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, mərasimdə gözlər yeni ailə quran cütlük, Susseks hersoqu Harri ilə Susseks hersoginyası Meqan Marklda olub.

Lakin əsas diqqət çəkən məqam isə keçmiş amerikalı aktrisanın libası olub. Belə ki, tədbirdə “Carolina Herrera” imzalı açıq-çəhrayı rəngli libas və “Phillip Treacy”dən olan şlyapa istifadə edən yeni gəlin krallığın etiket qaydalarını pozub.

Qaydaya görə, rəsmi tədbirlərə çiyni geniş şəkildə açıq libaslarla qatılmaq qadağandır. Markl isə olduqca açıq olan çiyin nahiyyəsi ilə kral ailəsinin daha bir qanununu pozmuş olub.

 






loading...