"Yaxşı olub ərini həbs ediblər" - Elgizdən Zenfiraya

“Yaxşı olub ərini həbs ediblər” – Elgizdən Zenfiraya

“Səhər-səhər” verlişinə qonaq olan müğənni Zenfira İbrahimova idmançı həyat yoldaşı Anar Heybətovun həbsindən danışıb.

Aparıcı Elgiz Əkbər sənətçiyə bununla bağlı suallar ünvanlayıb. Zenfira bildirib ki, əri 20 gün həbsxanada qalıb:

“Həyat yoldaşım birinci dəfə 20 günlük həbs olundu. Sürət həddini aşaraq qanuna qarşı gəlmişdi. Elə yaxşı edib, onu həbs etdilər. Gərək ona elə 1 il həbs verərdilər. Amma ikinci dəfə yayılan həbs xəbəri yalan idi”.

E.Əkbər isə müğənniyə “Yaxşı olub həbs ediblər, xətrinə dəyməsin. Kim olur-olsun, qanun pozan gözümün düşmənidir” sözlərini deyib. (Axşam.az)


loading...