Xalq artistinin bacısı Elza Seyidcahanı YIXIB-SÜRÜDÜ: “Sən gör...” - VİDEO
loading...

Xalq artistinin bacısı Elza Seyidcahanı YIXIB-SÜRÜDÜ: “Sən gör…” – VİDEO

“Elza, sən biz bacılara çaşma. Bax gör, kimə nə atırsan. Sən onu bil ki, Nazpəri xanım öz etikasını, mədəniyyətini orada qoruyub durdu”.

Fenomen.az xəbər verir ki, bu sözləri ARB TV-nin “Səhər-Səhər” verlişində qonaq olan Xalq artisti Nazpəri Dostəliyevanın müğənni bacısı Zeynəb Dostəliyeva deyib. Zeynəb Dostəliyeva Elza Seyidcahanın ünvanına sərt mesajlar göndərib:

“Düzdür, sən adamlar göndərirsən, çatdırırsan ki, qorxursan, onunla danışmaq istəyirsən, amma razılıq olmadı. Səninlə o söhbət bağlandı. Sən İlhamə xanımın yolunu gedə bilməzsən. İlhamə xanım kimə nə deyirdisə, bilib deyirdi. Sən gör kimə ilişirsən. Olmaz? Elza! Sən bax gör, kimin şəklini cırırsan, kimə sataşırsan”.

Qeyd edək ki, proqramların birində Xalq artisti Nazpəri Dostəliyeva və Əməkdar artist Elza Seyidcahan arasında gərgin anlar yaşanmışdı. Əməkdar artist yarışmada tələbələrinin adını çəkməyən Nazpəri Dostəliyevaya sərt reaksiya vermişdi.(publika)


loading...