Virusdan öldüyü deyilən tələbə qızın bacısı danışdı - VİDEO
loading...

Virusdan öldüyü deyilən tələbə qızın bacısı danışdı – VİDEO

“Bakı Medical Plaza”nın həkimləri bacıma leptospiroz virusu diaqnozu qoydular. Ancaq ölüm  kağızında ağciyər və ürək çatışmazlığından dünyasını dəyişdiyi yazıldı. Əvvəllər bacımın heç bir şikayəti olmayıb. Ölümündən 3-4 gün qabaq qrip oldu. Yanvarın 25-də vəziyyəti pisləşdiyi üçün onu əvvəlcə Respublika Klinik Xəstəxanasına, sonra isə “Bakı Medical Plaza”ya yerləşdirdik.

Bu sözləri Oxu.Az-a açıqlamasında naməlum səbəbdən dünyasını dəyişdiyi bildirilən tələbə Nərdanə Tağızadənin bacısı deyib.

Onun sözlərinə  görə, Səhiyyə Nazirliyindən məlumat verilib ki, Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan laborator müayinələr nəticəsində öz təsdiqini tapmayıb:

“Bu infeksiya haqqında məlumat daxil olan kimi, Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb”.

Qeyd edək ki, leptospiroz çox nadir rast gələn bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir.

Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi Nərdanə Tağızadə yanvarın 29-da vəfat edib. O, Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi olub.



loading...