“WhatsApp”ın sirr olaraq saxladığı funksiya üzə çıxdı - FOTO

“WhatsApp”ın sirr olaraq saxladığı funksiya üzə çıxdı – FOTO

“WhatsApp”ın Android istifadəçiləri üçün tətbiq etdiyi yeniliyin beta versiyasında bir funksiya diqqət çəkib.

Oxu.Az Türkiyə mətbuatına istinadən məlumat verir ki, “WhatsApp”ın uzun zamandır üzərində çalışılan və sirr olaraq saxlanılan yeni xüsusiyyəti üzə çıxıb.

iOS platforması üçün Face İD və Touch İD xüsusiyyətlərini təkmilləşdirməyə davam edən “WhatsApp” Android üçün də barmaq izi ilə şəxsiyyəti təsdiq etmə funksiyasını test etməyə başlayıb. Androidin Betasının 2.19.3 versiyasında “WhatsApp”ı barmaq izi ilə kilidləmək imkanı verilir.

Artıq barmaq izini daxil edə bilməyən “WhatsApp”a girə bilməyəcək. Beləcə, telefonun ekran kilidini açsanız belə, “WhatsApp”a qoşulmaq üçün ayrıca barmaq izini də daxil etməli olacaqsınız.

Bu, o deməkdir ki, başqa istifadəçilərin “WhatsApp”dakı yazışmalarınıza baxması üçün şəxsiyyəti təsdiq edən ekranı da açmaları tələb olunur. Bu xüsusiyyət bütün proqramı kilidləyir.

Eyni xüsusiyyətin iOS sistemində də tətbiq ediləcəyi gözlənilir. Barmaq izi oxunmadığı zaman proqramı açmaq üçün alternativlər təklif olunacaq. Yeni funksiyanın son halına nə zaman qovuşacağı dəqiq bilinmədiyindən nə zaman istifadəyə veriləcəyi məlum deyil.

loading...