Pornosaytın 800 min istifadəçisinin məlumatları oğurlandı

Pornosaytın 800 min istifadəçisinin məlumatları oğurlandı

Qlobal şəbəkədə böyüklər üçün populyar “Brazzerforum” saytının 800 mindən artıq akkauntunun məlumatı yerləşdirilib.
Bu məlumatları internet portalın mühafizə sistemini sındırmış naməlum cinayətkarlar dərc ediblər.

928 min akkaunt aşkar edilib ki, onlardan da 790 minində istifadəçilərin elektron ünvanları mövcuddur. Həmçinin internetdə çoxlu sayda müdafiəsiz login və şifrələr aşkar olunub. Maraqlıdır ki, pornosayta haker hücumu hələ 4 il əvvəl baş verib.

Sayt rəsmilərinin sözlərinə görə, hücum kənar tərtibatçılar tərəfindən yaradılan saytın proqram təminatındakı nasazlıq səbəbindən baş tutub. Burada söhbət “Brazzers” portalının özündəki nasazlıqdan yox, forumun proqram təminatındakı nasazlıqdan gedir. Bunun üçün də mütəxəssislər istifadəçilərə şəxsi təhlükəsizliyini və anonimliyi qorumaq üçün şifrələri dəyişdirməyi məsləhət görürlər. (lent.az)

loading...