Noutbukun düzgün istifadə qaydaları

Noutbukun düzgün istifadə qaydaları

Noutbuk adi kompüter deyil. Bu qurğunun daha çox üstünlükləri var, ancaq bununla yanaşı ehtiyatlı davranmağı tələb edir. Əks halda sizin noutbuku heç də şən olmayan macəralar gözləyir: sınma və bahalı təmir. İndi biz sizə noutbuku necə istifadə etmək lazım olduğunu izah edəcəyik, bununla siz daha müasir qurğu ilə əvəz edənə qədər xidmət edəcəyinə yardımçı olacaqsınız.
Noutbuku istifadə edərkən ilk əvvəl zərbələr və silkələnmədən qorumaq lazımdır. 
Bu ən aydın və ən vacib qaydadır. Noutbuk zərbə, silkələnmə və digər bu tipli yüklənmədən qorxur. Zərbə vaxtı ən zəif yer sərt diskdir. Əsasən də əgər noutbuk işlək vəziyyətdədirsə daha çox təhlükə yaradır.
Sərt diskin işləməsi zamanı başlıqlar maqnit lövhələrdən məlumatları oxuyur, lövhənin özündən kiçik məsafədə yerləşir. Buna görə də zərbə vaxtı lövhəyə sürtülə bilər, bu da həm başlığın, həm də lövhənin zədələnməsinə səbəb ola bilər. Nəticədə sərt disk sıradan çıxa bilər.
Bundan başqa zərbədən noutbukun soyutma sistemi də zərər görə bilər. Zərbə və ya bərk silkələnmə soyutma sisteminin prosessordan aralanmağa və ya xarab olmağa səbəb ola bilər.
Daha bir zəif yer displeyin matrisidir. Noutbukun qapağının örtülü və ya açıq vəziyyətindən asılı olmayaraq birbaşa zərbə zamanı displey həmişə zərər görür.
Həmçinin noutbukun işləyərkən qızmasına imkan vermək olmaz.
Qızmanın səbəbləri çoxdur, biz bir neçəsini sizin diqqətinizə çatdırırıq. Onlardan biri noutbukun yumşaq yerə qoyulmasıdır. Bu ona gətirib çıxarır ki, noutbukun hava dəyişmə yerləri örtülür. Nəticədə soyutma sistemi lazımi qədər soyuq hava qəbul edə bilmir və qızmağa başlayır.
Bundan başqa noutbukun qızmasına örtülü qapaq da səbəb ola bilər. Səbəbi odur ki, noutbuk havanı təkcə çərçivənin alt hissəsi ilə deyil, həm də klaviatura vasitəsilə sorur. Ona görə də noutbukun qapağını əsasən yumşaq yerə qoyduqda bağlamaq olmaz.
Əsas diqqəti noutbukun akkumulyatoruna ayırmaq lazımdır.
Noutbuku necə gəldi istifadə etsəniz akkumulyator öz həcmini tezliklə itirəcək.
Birinci noutbuku uyğun olmayan dolma qurğuları ilə doldurmaq olmaz. Bu akkumulyatorun zəifləməsinə və hətta ani xarab olmasına səbəb ola bilər.
Həmçinin güclü temperatur diapazonuna diqqət yetirmək lazımdır. Əksər noutbuklar litium akkumulyatorlarından istifadə edir. Bu tip akkumulyatorlar güclü temperatur dəyişikliyinə həssasdır. İşlək diapazon 5 ilə 45 dərəcə arasındadır, ancaq belə akkumulyatorlar üçün optimal olan otaq temperaturudur.
Diqqət yetirmək lazımdır ki, noutbuk mənfi temperaturda işlədilməsin. Şaxtada isə istifadə etmək qətiyyən olmaz.
Son qeyd akkumulyatorun istifadəsində tez boşalma məsələsidir. Akkumulyator tez boşaldıqda ona adi vaxtdan çox zərər verir. Buna görə də noutbuk elektrik şəbəkəsinə qoşulmadıqda kompüter oyunları oynamaq və güclü qrafik işlər görmək olmaz. (iktxəbər)
loading...