“Apple” “iPhone 8” üzərində işləyir - Şüşədən olacaq

“Apple” “iPhone 8” üzərində işləyir – Şüşədən olacaq

“Apple” “iPhone 8” adlanma ehtimalı olan yeni smartfonu üzərində işləyir.

Bu barədə “Business Insider” məlumat yayıb.

Məlumata görə, “Apple” aralıq model sayılan “iPhone 7s”dən imtina edəcək. Yeni modelin üzərində radikal dəyişiklər olacağından onun “iPhone 8” adlanacağı gözlənilir. Mühəndislər yeni modeldə ekranın kənarlarında olan çərçivədən canlarını qurtarmağa çalışırlar.

“MacRumors”un məlumatına görə isə “Apple”nin yeni smartfonu 2017-ci ildə təqdim olunacaq. Yeni model tam olaraq şüşədən hazırlanacaq və barmaq izi, səs dinamikaları, kamera ekrana birləşdirləcək. (Qafqazinfo)

loading...