“Apple” 302 milyon dollar təzminat ödəyəcək

“Apple” 302 milyon dollar təzminat ödəyəcək

ABŞ məhkəməsi “Apple” şirkətinin “VirnetX”in müəllif hüquqlarını pozduğuna görə təzminat ödəməsinə qərar verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. “Apple”şirkəti  “VirnetX”ə məxsus iki patent üzrə qaydaları pozub. Bunlardan biri “FaceTime” videozəng proqramına aiddir.

Xatırladaq ki, “VirnetX” daha əvvəl də 625 milyon dollar təzminat ödəməsi üçün məhkəmə müraciət edib. Ancaq iddia təmin olunmayıb.

loading...