Soyadları çox məşhur olsa da, üzlərini az adam görüb - Fotolar

Soyadları çox məşhur olsa da, üzlərini az adam görüb – Fotolar

“Dolce & Gabbana”, “Fendi”, “Armani”, “Tom Ford” və s. kimi yüksək dəb yaradıcılarının soyadları hər kəsə yaxşı tanışdır. Bir çoxları onlarla eyniadlı əşyaları fəxrlə daşısa da, az qism insan həmin şəxsləri üzdən tanıya bilər…

“Qafqazinfo” sizə bahalı əşyaların üzərində soyadları qeyd olunan şəxslərin fotolarını, eləcə də haqlarında bəzi məlumatları təqdim edir:

“Dolce & Gabbana” – Domeniko Dolçe və Stefano Qabbana

Domeniko Dolçe və Stefano Qabbana “Dolce & Gabbana” italyan dəb evinin əsasını 1985-ci ildə qoyub. Gələcək tərəfdaşlar 1980-ci ilin əvvəllərində, Domenikonun Stefanoya məxsus atelyedə işə qəbul olunduqdan sonra tanış olub. İlk kolleksiya yeni başlayan modelyerlərə gözlənilən maddi uğur gətirməyib və onlar biznesi bağlamaq istəyib. Amma daha sonra Dolçe ailəsi işlərinin davam etdirilməsi üçün tələb olunan məbləği ayıra bilib.

Dolçe və Qabbana şou-biznes ulduzları ilə sıx əməkdaşlıq edir və müntəzəm olaraq unikal reklam kampaniyaları həyata keçirir.

“Fendi” – Silviya Venturini Fendi

Silviya – “Fendi” brendinin yaradıcısının nəvəsidir. Məhz o, 1997-ci ildə “Baguette” çantasını fikirləşib.

Hazırda Silviya Venturini Fendi şirkətdə kişi geyimi və aksessuaları üzrə kreativ direktor vəzifəsini daşıyır.  

“Armani” – Corco Armani

Modelyer Corco Armani İtaliyanın ən varlı insanlarından biridir. O, İtaliyanın Pyaçentsa şəhərində anadan olub.

Armani karyerasına modelyer Nino Çerrutinin assistenti vəzifəsindən başlayıb. 1974-cü ildə isə o, ilk dəfə öz adı altında kolleksiyasını təqdim edib. Modelyerin həyatı haqda nadir hallarda xəbərə rast gəlmək olar. Onun bacısı Rozannanın sözlərinə görə, qardaşı qapalı həyat tərzi sürür və onun, demək olar, yaxın dostları yoxdur.

“Tom Ford” – Tom Ford

Tom Ford dəb dünyasının novatorudur. Onun əşyalara olan yeni baxışı dəfələrlə həm geniş publika tərəfindən, həm də sex həmkarları tərəfindən qəbul edilib. Məsələn, 1996-cı ildə Amerika Modelyerlər İttifaqı Fordu ilin dizayneri adlandırıb.

Yeri gəlmişkən, Tom Ford təkcə kutürye deyil, həm də kinorejissorudr. Və əgər dəb dünyasında karyerasına o, hələ 1980-ci illərdə başlayıbsa, film çəkilişlərinə yalnız 2008-ci ildə start verib.

“Patrizia Pepe” – Patritsiya Bambi

1993-cü ildə Patritsiya və həyat yoldaşı geyim brendi yaratmaq qərarına gəldilər. Bu işə yeni başlayan cütlük eleqantlığı gündəlik sadəliklə birləşdirmək istəyirdi.

Və budur, Patritsiya Bambi artıq 26 ildir bir-birinə bənzəməyən və təkcə İtaliya qadınlarının yox, həm də bütün dünyanın diqqətini cəlb edən geyim kolleksiyaları yaradır.

“Bulgari” – Nikola Bulqari

Nikola və onun qardaşı Paolo Bulqari “Bulgari” brendinin yaradıcısı Sotirios Bulqarisin nəvələridir. Hazırda iki qardaşla təmsil olunan Bulqari ailəsinə dəb evinin aksiyalarının 52 %-i məxsusdur. Yerdə qalan 48 % azad dövriyyədədir.

Nikola Bulqari Romada yaşayır, 6 uşaq tərbiyələndirir və vintaj avtomobillərinin kolleksiyasını yığır.

“Carolina Herrera” – Karolina Errera 

Amerikalı dizayner Karolina Errera Karakasda (Venesuela) anadan olub. O, 1970-ci illərdə dünyanın ən dəbli qadınlarından biri kimi qəbul edilib. Errera öz kompaniyasının əsasını 1980-ci ildə qoyub.  O, Jaklin Kennedini ömrünün son 12 ili ərzində geyindirib. 1987-ci ildə “Carolina Herrera” markasının ilk ətri çıxıb.

“Gerry Weber” – Gerhard Veber

“Gerry Weber” brendi o qədər də böyük olmayan “Hatex KG” kompaniyasından yaranıb. Onun yaradıcıları Gerhard Veber və Udo Hardik olub.

Fəhlə ailəsində doğulan gənc və yaradıcı Veber tekstil alqı-satqısı üzrə təhsil alıb. 1973-cü ildə yaranmış “Hatex KG” kompaniyasının satış həcmi 13 ildən sonra 72,7 milyon alman markasına çatdıqda, o, “Gerry Weber” adlandırılıb.

2001-ci ildə kompaniyada Gerhardın oğulları işə başlayıb.

“Versace” – Donatella Versaçe 

“Versace” dəb evinin əsası 1978-ci ildə Canni Versaçe tərəfindən qoyulub. Canninin faciəvi ölümündən sonra dəb evinin əsas fiquru və baş dizayneri onun bacısı Donatella oldu.

Donatellanın kolleksiyaları onun qardaşının etdiklərindən fərqlənsə də, bu, enerjili italyan qadınını məyus etmir.

“Narciso Rodriguez” – Nartsiso Rodriqes 

Nartsiso Rodriqes ABŞ-da anadan olub, lakin onun hər iki valideynli kubalıdır. Onlar oğullarının dəb dünyasında karyera qurmasının əleyhinə olub. Buna baxmayaraq, Nartsiso Nyu-Yorkda dizayn məktəbinə qəbul olub, daha sonra isə “Calvin Klein”lə əməkdaşlıq etməyə başlayıb, 1997-ci ildə isə şəxsi geyim brendini təsis edib.

“Vera Wang” – Vera Vonq  

Toy gəlinliklərinin amerikalı dizayneri nə vaxtsa peşəkar səviyyədə fiqurlu konkisürmə ilə məşğul olub. Bundan əlavə, Vera sərgi və müsabiqələr, eləcə də fiquristlər üçün paltarlar hazırlayır.

Modelyer Nyu-Yorkda anadan olub, amma çin əsillidir. Onun toy dəbi karyerası özünə gəlinlik paltarı tikdikdən sonra başlayıb.

“Valentino” – Valentino Qaravani  

Valentino əlində karandaş tutmağı öyrənən vaxtdan şəkil çəkməyə başlayıb. Öz marağını başa düşən oğlan geyim dizayneri olmaq qərarına gəlib və tezliklə Milanda İncəsənət Akademiyasına qəbul olub.  

Onun libaslarında Elizabet Teylor, Jaklin Kennedi, Kortni Koks və Cennifer Lopez kimi məşhurlar ərə gedib.

2007-ci ildə sonuncu qadın kolleksiyasını təqdim edən dizayner dəb dünyasından uzaqlaşıb.

“Trussardi” – Tomazo Trussardi

Hazırda “Trussardi” ailə kompaniyasının rəhbəri Tomazo Trussardidir.

Gənc sahibkar aktrisa Mişel Huntsinker adlı aktrisa ilə evlidir. Cütlüyün iki övladı var. 

loading...