Sosial şəbəkələr çöküb - Yenilənib

Sosial şəbəkələr çöküb – Yenilənib

“Facebook” istifadəçilərinin də 82%-i veb saytına daxil olmaqda çətinlik çəkir, sosial şəbəkəyə çıxışda problem yaşayanlar isə 17%-dir.

Bunu “Facebook” rəsmiləri “WhatsApp”, “Facebook” və “Instagram”ın çökməsi ilə bağlı deyib.

Onlar məsələ ilə bağlı “Twitter” sosial şəbəkəsində #facebookdown haştaqı ilə paylaşım edərək, açıqlama verib. Şirkət rəhbərliyi məsələnin tezliklə həll olunacağını deyib:

“Bəzi insanların foto, video və digər faylları yükləyərkən çətinliklə üzləşdiklərini bilirik. Bu cür halla qarşılaşdığınız üçün təəssüf hissi keçiririk. Ən qısa zamanda hər şeyi normal halına qaytarmaq üçün çalışırıq”.


***

“WhatsApp”, “Facebook” və “Instagram” çöküb.

Sosial şəbəkələrdə əməliyyatlar etməkdə problemlər yaranır.

Həmçinin, “Facebook Messenger”də də fayl mübadiləsində nasazlıqlar əmələ gəlib.

Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

// axşam.az

loading...