Qorxsa, öləcək - FOTO

Qorxsa, öləcək – FOTO

9 aylıq olan Ceyson Hart iki min insanda bir görülən sindromla doğulub. Əgər Ceyson qorxsa, həyəcan keçirsə, ya da panikaya düşsə, ürəyi dayana bilər və vaxtında müdaxilə edilməsə, həyatını itirə bilər.

İngiltərənin Esseks şəhərində yaşayan Ceysonun anası Kelli də eyni sindromla doğulub. Ana Hart gündəlik həyatları barədə bunları deyib: “Ceysonu ad günlərinə apara bilmirik, çünki orda şar partlaya bilər, evimizdə qapı zəngi, telefon yoxdur, ona nağılları çox astadan oxuyuruq, əl çalanda da astadan edirik. Onu heç bir halda qorxutmamalıyıq”.

Körpənin digər uşaqlar kimi uçan, danışan, hərəkət edən oyuncaqları da yoxdur, çünki ani səslər və onu qorxuda bilən şeylər ürəyini dayandıra bilər.

“Long QT” adlı sindrom ani ürək ritm pozulmasına səbəb olub ürəyin dayanmasına gətirib çıxarır. Hər hansı həyəcan və qorxu vaxtı adrenalin hormonu yüksəlib bədəni şoka sala bilər.

loading...