Qan xərçəngindən əziyyət çəkən 3 yaşlı Musanı yaşadaq! - FOTO

Qan xərçəngindən əziyyət çəkən 3 yaşlı Musanı yaşadaq! – FOTO

3 yaşlı Musa Yunuslu qan xərçəngindən əziyyət çəkir. Körpənin müalicəsi xeyirxah insanların dəstəyi ilə ixtisaslaşmış Belarus Uşaq Onkologiyası, Hematologiya və İmmunologiya üzrə Respublika Elmi-Praktik Mərkəzində davam etdirilir. 

Musanın atası Araz Yunusovun sözlərinə görə, hazırda oğlu kimyaterapiya kursları alır və ona qan köçürülür: “Övladım üçün maddi dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Səhhətinin yaxşılaşması üçün Musanı uzun yol gözləsə də, həkimlər övladımın tam sağala biləcəyini deyirlər”.

A.Yunusov qeyd edib ki, xəstəlik aşkarlananda keçirilən yardım aksiyaları zamanı yığılan 17 min dollar vəsaitlə Belarusa üz tutublar, hazırda dünyada koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi hökm sürdüyündən qohum-əqrəbanın yardım imkanları da məhdudlaşıb:

“Toplanan vəsaitlə Musanın kimyaterapiyası üçün birinci və ikinci protokol üzrə müalicə aparılıb. Pulumuz qurtarır. Həkimlər deyirlər ki, müalicə mərhələsində hər şey yolunda gedərsə, Musanın müalicəsi üçün 50 min dollar vəsaitə ehtiyac var. Müqəddəs Ramazan ayında xeyirxah və imkanlı şəxslərdən övladımın müalicəsini davam etdirməyimiz üçün yardım etmələrini xahiş edirik.

Musadan başqa 11 və 9 yaşlı iki qızım var. Qızlarım anamgillə birgə Azərbaycanda qalıb, həyat yoldaşımla Musanın müalicəsi üçün Belarusa gəlmişik. Ailəmizin əlavə gəlir mənbəyi yoxdur. Xeyirxah insanlardan bizə kömək etmələrini rica edirik”.

Kəskin limfoblastik leykemiyadan əziyyət çəkən Musanın sağalması üçün ailə imkanlı şəxslərdən yardım göstərməsini xahiş edir.

Yalnız WatsApp +994703489599

Zəng üçün +375295196619

Kapital bank Yunusov Araz adına hesab nömrəsi 4169 7413 0447 0188

//oxu.az

loading...