Prezident evi uçan qadının mənzillə təmin olunmasına göstəriş verdi - VİDEO

Prezident evi uçan qadının mənzillə təmin olunmasına göstəriş verdi – VİDEO

Xəbər verdiyimiz kimi, dünən prezident İlham Əliyev Beyləqan rayonunda səfərdə olub. Beyləqanda yerli sakinlərlə görüşən dövlət başçısı onların problemlərini dinləyib.

Rayon sakini olan yaşlı qadın evinin yararsız vəziyyətə düşdüyünü və  bərpa etmək imkanının olmadığını deyərək, prezidentdən kömək istəyib.

Dövlət başçısı onun evinin hansı səbəbdən uçduğunu soruşub. Vətəndaş evin istismar müddətinin bitdiyini və köhnəldiyi üçün yararsız vəziyyətə düşdüyünü söylədikdə, dövlət başçısı ona yeni ev veriləcəyini bildirib.

“Problem qısa müddətdə həll ediləcək. Sizə Beyləqanda tikiləcək 36 mənzilli binadan ev veriləcək”, – deyən dövlət başçısı problemin həlli ilə bağlı müvafiq tapşırıq verib.

Xatırladaq ki, prezident İlham Əliyev fevralın 13-də “Beyləqan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

//Oxu.Az

loading...