Ordumuzun əks-zərbələri Ermənistanı sarsıtdı - BƏYANAT

Ordumuzun əks-zərbələri Ermənistanı sarsıtdı – BƏYANAT

Ölkə.az erməni mediasına istinadən xəbər verir ki, bu saatlarda Ermənistan müdafiə nazirliyinin bəyanatı yayılıb.

Bəyanatda Ermənistan silahlı qüvvələrinin rəhbərliyi cəbhə xəttində davam edən döyüşlər nəticəsində itkinin artdığını vurğulayaraq atəşkəs rejiminin bərpa olunması üçün Azərbaycan tərəfinin əlindən etməsini rica edib.

“Cəbhə xəttində başlayan silahlı qarşıdurmalar nəticəsində ölənlərin sayı sürətlə artır. Hər iki tərəf itki verir və getdikcə döyüşlərin şiddətlənməsi bu itkilərin ikiqat, üçqat artmasına gətirib çıxaracaq. Azərbaycan tərəfinə müraciət edir və ümid edirik ki, itkilərin artmasının qarşısını almaq üçün Azərbaycan hakimiyyəti əlindən gələni edəcək” – Ermənistan Müdafiə nazirliyinin yaydığı bəyanatda belə deyilir.

Erməni KİV-lərində yayılan xəbərlərdə isə, təkcə bu gün döyüş xəttində 20 erməni əsgərinin öldüyü, 26 nəfərin isə ağır yaralandığı bildirilir. Qeyd edirik ki, bu rəqəmlər rəsmi rəqəmlərdir və əslində ermənilərin itkisi bir neçə dəfə çoxdur.

Xatırladarıq ki, iki gün bundan əvvəl atəşkəsi pozan ermənilər 8 əsgərimizi şəhid etmişdilər. Bu gün səhərdən ordumuzun həyata keçirdiyi əks-zərbələr düşməni bütün cəbhə boyu sarsıdaraq erməni ordusu və Ermənistan əhalisi daxilində ciddi panika yaradıb.

Fenomen.Az

loading...