Ölkədə Lezbian, Gey, Biseksual, Transseksual yəni LGBT forumu keçirilib – VİDEO

Ölkədə Lezbian, Gey, Biseksual, Transseksual yəni LGBT forumu keçirilib – VİDEO

Nəfəs LGBT təşkilatının tərcümə etdiyi film nümayiş etdirilib.

Bakıda ilk Lezbian, Gey, Biseksual, Transseksual yəni LGBT üzvlərinin forumu keçirildi. Forum Azad LGBT və Nəfəs LGBT təşkilatlarının iştirakı ilə gerçəkləşib.

Fenomen.Az Meydan TV-yə istinadən xəbər verir ki, forumun keçirilməsində məqsəd LGBT insanlarının hüquqlarının qorunmasına diqqətin artırılması olub. Tədbiri Nəfəs LGBT təşkilatının rəhbəri Atilla Cavid açıq elan edərək, bu forumun gələcək illərdə mütəmadi olaraq keçiriləcəyini deyib. Daha sonra Azad LBGT təşkilatının rəhbəri Lalə Mahmudova mərhum İsa Şahmarlının həyatı və təşkilatda rəhbər olduğu zaman imza atdığı layihələrdən danışıb. İsanın böyük arzularından danışan Lalə Mahmudovanın sözlərinə görə, o, ilk LGBT radio açmaq niyyətində olub.

İsa Şahmarlının LGBT insanları haqqında elə özünün də çəkildiyi film nümayiş etdirilib.

Filmdən sonra Atilla Cavid Nəfəs LGBT haqqında forum iştirakçılarını məlumatlandırıb. O, öz çıxışında təşkilatın “Nifrət öldürür” layihəsi haqqında danışıb.

Forumda iştirak edən Feminst Qadınlar Hərəkatının rəhbəri Asiman Nəsirli Azərbaycan konstitusiyasında gender bərabərliyi haqqında bir müddəanın olduğunu deyərək, cinsindan aılı olmadan hər kəsin hüquqlarının müdafiə olunduğunu vurğulayıb.

Sonda isə Nəfəs LGBT təşkilatının tərcümə etdiyi film nümayiş etdirilib.

loading...