Müdafiə naziri Zakir Həsənov cəbhədə: Düşmənə layiqli cavab verin - FOTO

Müdafiə naziri Zakir Həsənov cəbhədə: Düşmənə layiqli cavab verin – FOTO

Nazir hərbi qulluqçulara medal və qiymətli hədiyyə təqdim edib.

Müdafiə naziri Zakir Həsənovun cəbhə bölgəsinə səfəri davam edir.

Son günlər cəbhədəki gərginliklə əlaqədar vəziyyəti yerində qiymətləndirmək üçün müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsinə gedib.

Döyüş bölgəsində yerləşən hərbi hissələrə, müdafiənin ön xəttindəki bölmələrə baş çəkən müdafiə naziri mövcud vəziyyətlə tanış olunub, döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşüb.

Müdafiə naziri düşmənin kəşfiyyat-təxribat qruplarının müxtəlif istiqamətlərdə mövqelərimizə basqın etmək cəhdlərinin qarşısını almış, fərdi fədakarlıq və şücaət nümunələri göstərmiş hərbi qulluqçulara medal və qiymətli hədiyyə təqdim edib.

Müdafiə naziri düşmən təxribatlarının qarşısının alınması məqsədilə sayıqlığın daha da artırılması, onun bütün hərəkətlərinin nəzarət altında saxlanılması və zərurət yarandıqda düşmənə layiqli cavab verməyə daim hazır olmaları barədə şəxsi heyətə tapşırıqlar verib.

 

loading...