Mobil əlavələr hamiləliyə gətirib çıxarır

Mobil əlavələr hamiləliyə gətirib çıxarır

Tədqiqatçılar bildirirlər ki, smartfonlar üçün əlavələr hamiləliyə səbəb ola bilir.

Fenomen.az milli.az -a istinadən xəbər verir ki, alimlərin fikrincə, smartfonlar üçün əlavələr qadınların menstrual siklini (aybaşı dövrünü) düzgün izləməyə bilər.

Beləliklə, əlavənin məsləhət və proqnozları çox vaxt düzgün olmur və öz növbəsində arzuolunmaz hamiləliyə gətirib çıxara bilər.

Vaşinqton ştatı Universitetinin alimləri araşdırma apararaq bu mülahizəni sübut ediblər. Sorğuda iştirak edən 2000 nəfər qadının böyük əksəriyyəti bildirib ki, əlavə hər zaman onların menstrual sikllərini heç də düzgün tapmayıb.
loading...