MDB-nin ən romantik məkanları seçildi — Siyahıda Qız Qalası da var

MDB-nin ən romantik məkanları seçildi — Siyahıda Qız Qalası da var

“TurStat” analitik agentliyi MDB məkanında ən romantic məkanların reytinqini hazırlayıb.

 Reytinq Valentin Günü münasibətilə keçirilən internet-sorğunun nəticələrinə görə hazırlanıb.

Bakının simvollarından biri sayılan Qız Qalası da siyahıda ilk beşliyə düşüb. Sorğuda iştirak edənlərin 15%-i məhz Qız Qalasını MDB məkanının ən romantik məkanlarından biri olduğuna səs veriblər. Siyahının ilk beşliyini oxuculara təqdim edirik:

1.Troitskoe təpəsi – Minsk, Belarus (sorğuda iştirak edənlərin 27% səsini toplayıb).
2.Kok Tobe – Almatı, Qazaxıstan (sorğuda iştirak edənlərin 23% səsini toplayıb).
3.Bayterek – Astana, Qazaxıstan (sorğuda iştirak edənlərin 20% səsini toplayıb)
4.Qız Qalası – Bakı, Azərbaycan (sorğuda iştirak edənlərin 15% səsini toplayıb).
5.Daşkənd teleqülləsi – Daşkənd, Özbəkistan (sorğuda iştirak edənlərin 8% səsini toplayıb).

// Ölkə.Az

loading...