Oğlan iPhone 6 üçün sevgilisini 1 manata satışa çıxardı – FOTO

Oğlan iPhone 6 üçün sevgilisini 1 manata satışa çıxardı – FOTO

Məşhur smartfonu əldə etmək üçün daha bir üsul.

Çində baş vermiş iki hadisə dünyada iPhone 6 çılğınlığını bir daha tam şəkildə göstərdi.

Baş vermiş hadisələrdən birincisi Çinin Liuzhou şəhərində yaşanıb.

Dostlarının çılpaq qaçacağı halda iPhone 6 hədiyyə alacağı ilə bəhsə girən bir qadının fotoları qısa bir zamanda sosial şəbəkələrdə yerləşdirildi.

İkinci hadisə isə Şanxayda baş verib. Songjiang Universitetində oxuyan bir gənc arzuladığı iPhone 6-nı almaq üçün sevgilisini kirayəyə çıxardı.

Tələbə yataqxanasında elan asan gənc, qiymət cədvəlini belə göstərdi:

Saatı 10 yuan (təxminən 1 manat 20 qəpik)

Günü 50 yuan (təxminən 6 manat)
Aylıq paket 500 yuan (təxminən 63 manat)

Lakin gənc oğlan bəzi qaydalar da yazıb: Bərabər qidalanmaq, dərs hazırlamaq, oyun oynamaq olar. Hesablar alman üsulu ilə ödənir. Cinsi əlaqə olmayacaq”.

Çinli tələbə kirayəyə çıxardığı sevgilisinin bədən ölçüləri, boyu və sair barədə məlumat da verib.

Oxu.Az

 

loading...