“Kim Milyoner Olmak İster?” tarixi gün — 19 yaşlı iştirakçı rekord qırdı - VİDEO

“Kim Milyoner Olmak İster?” tarixi gün — 19 yaşlı iştirakçı rekord qırdı – VİDEO

Türkiyədə “Kim Milyoner Olmak İster?” yarışmada ilk yaşanıb.

ATV telekanalında yayımlanan yarışmada Arda Ayten adlı iştirakçı 12 sualın hamısına düzgün cavab verib və 1 milyon lirəni (təxminən 300 min manat) qazanıb.

19 yaşlı iştirakçı sonuncu sualda Türkiyənin İstiqlal Marşı ilə bağlı sualı cavablandırarkən himni əzbərdən oxuması bütün diqqətləri cəlb edib.

Qeyd edək ki, yarışma tarixində 3-cü dəfə bir iştirakçı sonuncu suala çatıb və ilk dəfə sonuncu sual düzgün cavablandırılıb.

Məlumata görə, 1 milyon lirəlik mükafatdan təxminən 100 min lirə vergi tutulacaq.


loading...