İt ən bahalı model oldu - FOTO

İt ən bahalı model oldu – FOTO

İt dəb aləminin əsas modeləərindən biri olub. Siba-in cinsindən olan Bodxi ləqəbli heyvan kişi geyimlərini nümayiş etdirir. Fenomen.az ANS PRESS-ə istinadən məlumatına görə, indi bu 4 ayaqlı dəb dünyasının ən çox qazanan modellərindən biridir.

Dörd yaşlı itin artıq 146 mindən çox İnstagram izləyicisi var. Sahibləri səhifələrə onun kostyum, qalstuk, eynəkdə olan fotolarını yükləyiblər.

Bodxinin sahibləri olan 29 yaşlı Deyv Funq və 27 yaşlı Ena Kim onu ilk dəfə maraq xatirinə geyindirdiklərini deyirlər.

Bundan sonra dünyanın tanınmış brendləri heyvanı öz modelləri etmək üçün təkliflər göndərməyə başlayıblar.

Cütlük müqavilələrdən əldə edilən gəlirlə heyvanları xilas edilməsi təşkilatlarına sponsorluq etmək niyyətindədir.

 

loading...