İnsana uğur gətirən KARMA QANUNLARI - Möhtəşəm 6 QAYDA
Fenomen.Az

İnsana uğur gətirən KARMA QANUNLARI – Möhtəşəm 6 QAYDA

“Başqa adamların sizinlə davranışları onların karmalarını yaradır, amma buna necə reaksiya göstərməyiniz birbaşa sizin karmanıza təsir edir”. (Ueyn Dayer)

Karma praktikada “Nə əkərsən, onu da biçərsən” prinsipinə söykənən görünməz bir kosmik gücdür. Əgər müsbət enerjini digər insanlarla bölüşsəniz, tezliklə o tam bir dairə vuraraq, sizə geri dönəcək. Eyni fikir neqativə də aiddir. Ancaq bu, karmanı yaxşılaşdırmağın yeganə yolu deyil.

Bir çox insan düşüncələrinin və hərəkətlərinin birbaşa ətrafındakı gerçəkliyə təsir edəcəyinə şübhələnmədən avtopilotda həyatlarını yaşamağa davam edir. Müasir dünyada bizi əhatə edən xaosun əksəriyyəti insanların mənfi düşüncəsinin birbaşa nəticəsidir. Bütün müharibələr, münaqişələr, anlaşılmazlıqlar və ümumiyyətlə, mənfi sonluqla nəticələnən istənilən bədbəxtlik pis bir düşüncə ilə başlanır.

Bu neqativlə mübarizə aparmaq üçün biz kollektiv şəkildə karmanın yaxşılaşdırması istiqamətində çalışmalıyıq. Bunun üçün həyatınızda daha çox yaxşı hadisələr və insanlar peyda olmalıdır. Və bu, öz növbəsində bütün planetin müsbət vibrasiya tezliyini artıracaq.

Bəs yaxşı karmanı necə yaratmalı? Əslində hər şey sadədir. Yalnız yaxşı insan olmaq lazımdır.

Publika.az bu yazıda oxucuları karmanı yaxşılaşdırmağa kömək edən 6 maddə ilə tanış edib:

Həmişə həqiqəti söyləyin

Hər dəfə yalan danışdığınız zaman (bu yalanın kiçik və əhəmiyyətsiz olduğu görünsə belə) ruhunuzu yalana və başqa insanlardan qaynaqlanan gizli səbəblərə açıq elan edirsiniz. Əlavə olaraq, gec-tez gizli yalanların əlbəttə ki, üstü açılacaq və bundan sonra başqaları sizə əvvəlki qədər güvənməyəcəklər.

Bütün hallarda dürüst olun, yadda saxlayın ki, ən acı həqiqət belə sizə uğur gətirəcək. Əgər həmişə doğru danışsanız, onda həyatınıza da hər zaman düz danışan insanları daxil edəcəksiniz.

Həqiqət həyatınıza həm etibar edə biləcəyiniz yaxşı insanlar cəlb edəcək, həm də rahatlıq və harmoniya gətirəcək. Çünki əmin olacaqsınız ki, ətrafınızı həqiqətlə əhatə etmisiniz. O zaman yalan altında maskalamağa və “əxlaqsızlıq qalası” çökməyə qədər növbəti yalanlar uydurmağa ehtiyac qalmayacaq.

Bundan əlavə psixoloqların araşdırmaları sübut edib ki, yalan həyatınızı böyük ölçüdə stresslə doldurur və sarıyır. Odur ki, əgər bəri başdan düz danışmasanız, bu, səhhətinizdən də yan keçməyəcək.

Mənalı yaşayın

Nə işlə məşğul olmağınızdan asılı olmayaraq, bütün gücünüzlə çalışın və bilin ki, sonunda da nəyə nail olacaqsınız. Hədəflərinizi yerinə yetirməkdən qorxmayın və digər insanlara kömək etməyə çalışın.

Yarımçıq tədbirlər qəbul etməyin, hər zaman və hər vəziyyətdə özünüz olun və Kainat sizi həyat təcrübəsi və enerjinizə uyğun insanlarla qarşılaşdıracaq.

İnsanlara kömək edin

Əvvəlki maddəyə əlavə olaraq… Başqalarının karmasını yaxşılaşdırmağa kömək edin, çünki onlar lazım olduğu anda gözlənilmədən köməyinizə gələcək.

Sadəcə özü üçün deyil, başqaları üçün yaşanmış həyat heç vaxt hədər olmayacaq. Odur ki, qeyri-adi qabiliyyət və bacarıqlarınızı yükləri yüngülləşdirmək, ağılsız həyat marşrutunda uçuş və enişlərdən xilas olmaq üçün sərf edin.

İnanın ki, köməyiniz nəzərdən qaçmayacaq, bu, onların həyat yolunda silinməz izlər qoyacaq. Bundan başqa, yaddan çıxartmayın ki, başqalarına yardım etməklə, əslində özünüzə yardım edirsiniz. Əgər son vaxtlarda qəlbinizdə boşluq, yaxud da bitkinlik hiss edirsinizsə, kiməsə öz yardımınızı təklif edin. Hər kəsin həyatında hansısa hədəfi olmalıdır. Başqalarına yardım əli uzatmaq bu hədəfin bir hissəsini təşkil etməlidir.

Meditasiya ilə məşğul olun

Hər kəs sizi yarı yolda qoyanda qəlbinizin dərinliklərinə enib fikirinizi sakitləşdirməyə çalışın. Hadisələrə məntiqlə yanaşın, ağlınızdakı fikirlərə yaxından baxın. İstənilən halda daxili sakitliyi və harmoniyanı qorumağa çalışın, bundan sonrakı həyatınıza müsbət enerjini ancaq bu yolla cəlb edə bilərsiniz.

Fikrinizi xaos və qarışıqlıq udanda, pis karmaya daha çox meyilli olursunuz, çünki Kainatın müsbət enerjisinə zehninizdə və ruhunuzda yer yoxdur.

Meditasiya daxili mənlə daha yüksək səviyyədə əlaqə qurmağa kömək edir. Bu da öz növbəsində əsl məqsədimizi xatırlamağa və bizi əhatə edən neqativi pozitivə dəyişməyə imkan verir.

Səmimi və yardımsevər olun

Əgər başqalarının sevgi, diqqət və qayğısına ehtiyac duyursunuzsa, hər şeydən əvvəl siz onları sevginizlə mükafatlandırmalısınız. Həyat müsbət və mənfinin sonsuz dövriyyəsidir, odur ki, nə qədər çox versən, bir o qədər çox qazanırsan.

Hər birimiz hər gün özümüzlə mübarizədəyik, başqalarına xeyirxahlıq edin və onların səylərinə xeyir-dua verin. Həmişə yaxşı olmağa cəhd edin – inanın, yaxşı olmaq üçün heç vaxt gec deyil.

Hər zaman ayrı-ayrı fraqmentləri yox, mozaikanı bütöv görməyə çalışın

İlk baxışdan hər hansı bir insanın həyatı nəzarətsiz, xaotik hadisələr zənciri kimi görünsə də, hissələri ayrı-ayrı deyil, rəsmi aydın və bütöv şəkildə görmək üçün zaman-zaman illüziyalardan və xaosdan yuxarı qalxmağa çalışın.

Niyə bu dünyada yaşadığınızı özünüzə xatrıladın. Dünyaya hamımız keçmiş həyatın karmik səhvlərini düzəltmək və daha yaxşı olmaq üçün gəlmişik. Odur ki, hər səhər bu barədə xatırlamağa çalışın. Fikir və əməlləriniz həyatında yaxşı hadisələr baş verməsini istəyən insanın əməlləri ilə uyğun olacaqmı… və ya onlar tamamilə əks olacaqlar?

Bu dünyaya özündə saf eşq təcəssüm etdirən yerdən gəldiyinizi xatırlayaraq həyatınızda poztiv hadisələri və yaxşı insanları cəlb edə bilərsiniz.

Bu dünyanın daha çox müsbət və doğru enerjiyə ehtiyacı var. Siz onu bu enerji ilə doldura bilərsiniz. Üstəlik bu enerjini özünüzə deyil, başqalarına da ötürə bilərsiniz. Özünü kainatın içində gizlənmiş kiçik və əhəmiyyətsiz hiss etməyə son qoyun.

loading...