Facebook-dan YENİLİK - İntihara meylli istifadəçilər müəyyən olunacaq

Facebook-dan YENİLİK – İntihara meylli istifadəçilər müəyyən olunacaq

Facebook sosial şəbəkəsi intihara meylli istifadəçiləri müəyyən etmək üçün süni intellektdən istifadə edəcək.

Süni intellekt istifadəçilərin statuslarını və həmin statuslara yazılan kommentləri analiz edəcək.

İntihara meylli şəxs müəyyən olunduqdan sonra onun dosyesi araşdırmaçı qrupa göndəriləcək. İlk mərhələdə ABŞ-dakı bir sıra psixoloji dəstək təşkilatları ilə əməkdaşlıq edəcək Facebook komandası bu addımlar hesabına intihar edən insanların sayının azalmasına və onlara öncədən yardım edilməsinə çalışır.

 

 

 

2016-cı ilin dekabrında isə Facebook dezinformasiya xarakterli məlumatlara qarşı mübarizə elan etmişdi.

loading...