Dünyanın ən varlı adamlarının — SİYAHISI

Dünyanın ən varlı adamlarının — SİYAHISI

“Bloomberg Billionaires İndex” dünyanın zənginlərinin siyahısını açıqlayıb.

 “Ölkə.Az” xəbər verir ki, dünyanın ən çox zəngin milyarderinin ABŞ-dan olduğu bəlli olub.

Siyahıya Amazonun sahibi Jeff Bezos 114 milyard dollarla başçılıq edir. İkinci yeri Bil Qeyts 107 milyrad dollarla,  fransalı Bernard Arnavut 99,7 milyard dollarla 3-cü,  amerikalı Varren Buffet 81,5 milyardla 4-cü,  Facebook-un yaradıcısı Mark Zuckerberg 73,3 milyard dollarla 5-ci yerdə, ispaniyalı Amancio Ortega 68,5 milyard dollarla 6-cı,  Charles Koch 59,4 milyard dollarla 7-ci,  Larri Ellison 58,9 milyard dollarla 8-ci, Larri Page 58,5 milyard dollarla 9-cu,  Sergey Brin 56,8 milyard dollarla 10-cu yeri bölüşür.

Onu da qeyd edək ki, ilk 20-likdə yer alan milyarderin 14-ü ABŞ-dan, 2-si Fransadan, Meksika, Hindistan, Çin, İspaniyadan bir nəfər olmaqla dünyanın ən zəngin 20 nəfəri sırasına daxil olub. İlk 20-də yer alan zənginlərin ümumi varidatı 1 trilyon 273 milyard dollar təşkil edir ki,bunun da  906,7 milyard dolları amerikalı, 366,3 milyar dolları isə digər ölkəlrədən olan  zənginlərin payına düşür.

loading...