Canavarlar çayı necə dəyişdilər? – VİDEO

Canavarlar çayı necə dəyişdilər? – VİDEO

Yelloustonu dəyişən 14 canavar.

1995-ci ildə Yellouston Milli Parkında on dörd canavar azadlığa buraxıldıqda alimlər bu canavarların parkın ekosistemini köklü şəkildə dəyişəcəklərini ağıllarına da gətirə bilməzdilər.

Canavarlar parkda 70 il olmayıblar və bütün bu müddət ərzində orada marallar hegemonluq edib, onların populyasiyasına mane olmağa çalışanların bütün səyləri əbəs yerə oldu, nəticədə nəzarətsiz şəkildə həddən artıq çox artan marallar yerli floraya ziyan vurublar.

On dörd canavar təbii ki, bütün maralları yeyə bilməyib, amma onlar marallarda otlaq yerlərini daha ehtiyatla seçmək və parkın bəzi sahələrindən uzaq durmaq vərdişi yaratdılar.

Bu yerlərdə bitki örtüyü yenidən yaranmağa başladı. Altı il ərzində ağaclar indiki vəziyyətindən beş dəfə artıq inkişaf etdi. Ərazidə heyvanların növü artmağa başladı, porsuq, ondatra, ördək və balıqlar artdı. Canavarlar çaqqalların populyasiyasını ləngitməyə başladılar, bu isə parkda çöl siçanı və dovşanların sayının artmasına səbəb oldu. Bu isə öz növbəsində parka şahin və tülkülərin köçməsi ilə nəticələndi. Parkda ayılar da məskən saldı, bundan başqa parkın ərazisində giləmeyvələr çoxalmağa başladı.

Ən təəccüblüsü çayların axınının dəyişməsi oldu. Onların yatağı düzləşdi və sabitləşdi, sahillərin eroziyası azaldı. Bu, canavarların marallara təsiri nəticəsində baş verib, onların geri çəkilməsi sahillərdə bitki örtüyünün artması ilə, bu isə sahillərin möhkəmlənməsi ilə müşahidə edilib.

Parkın coğrafiyası dəyişdi, bu, otuz il bundan öncə ora buraxılan on dörd canavarın sayəsində baş verib.

 

loading...