Əvvəllər müəllim olan MƏŞHURLAR

Əvvəllər müəllim olan MƏŞHURLAR

Müğənni və ya yazıçı kimi tanıdığımız məşhurların bəziləri bir zamanlar müəllim işləyib.

Barak Obamadan Silvestr Stalloneyə qədər bir vaxtlar müəllim işləyən məşhurların adlarını təqdim edirik.

Silvestr Stallone

“Roki” və “Rembo” filmlərindən tanıdığımız Silvestr Stallone aktyor olmadan əvvəl bədən tərbiyəsi müəllimi işləyib.

Barak Obama

ABŞ-ın keçmiş prezidenti Barak Obama Çikaqo Universitetində mühazirə deyib.

Candan Erçetin

Türkiyəli müğənni Candan Erçetin Qalatasaray Liseyində musiqi müəllimi işləyib.

Billy Crystal

Məşhur komediya ustası Billy Crystal kino həyatından əvvəl müəllim işləyib.

Den Braun

Məşhur yazıçı Den Braun əvvəllər İngilis və İspan dili müəllimi olub.

Hyu Maykl Cekman

Tanınmış aktyor 1987-ci ildə İngiltərədəki Uppinqam Məktəbində idman müəllimi işləyib.

Coan Ketlin Roulinq

Harri Potterin yazarı Coan Ketlin Roulinq tanınmamışdan əvvəl müəllim işləyib.

Stinq

İngiltərəli əfsanəvi müğənni Stinq məşhur olmamışdan əvvəl bir monastrda ingilis dili, musiqi və futbol müəllimi işləyib.

Şener Şen

Türkiyəli məşhur aktyor Şener Şen aktyor olmadan əvvəl Muş şəhərində ibtidai sinif müəllimi işləyib.

Hakkı Bulud

Türkiyəli müğənni Haqqı Bulud Anadolunun müxtəlif kəndlərində müllim işləyib.

Zara

İstanbul Texniki Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasından məzun olan Zara bir müddət həmin məktəbdə müəllim işləyib.

Stiven Kinq

Yaşayarkən əfsanəyə çevrilən yazıçı Stiven Kinq Salem’s Lot (“Seylim Püşkü”) kitabını yazarkən müəllim işləyib. (Publika.az)

loading...