Mətbəxdən 6 milyonluq sənət əsəri çıxdı - Fotolar

Mətbəxdən 6 milyonluq sənət əsəri çıxdı – Fotolar

Parisdə yaşayan yaşlı qadının evindəki tablonun sərvət dəyərində olduğu aşkarlanıb.

O, illərdir mətbəxinin divarında asılan tablonu mütəxəssislərə aparıb. Əsər üzərində bir sıra testlər aparıldıqdan sonra onun 13-cü əsrdə yaşayan məşhur florensalı rəssam Cimabueyə aid olduğu bildirilib.

Tablonun dəyərinin 6 milyon avro olduğu bildirilir. Adının açıqlanmasını istəməyən qadın onu hərracda satacağını bildirib.

// axşam.az

loading...