Türkiyəli məşhurlar Qənirə Paşayevanın kitab təqdimatında - fotolar
Fenomen.Az

Türkiyəli məşhurlar Qənirə Paşayevanın kitab təqdimatında – fotolar

Türkiyənin İstanbul şəhərində millət vəkili Qənirə Paşayevanın Türkiyə türkcəsində çapdan çıxmış “Allah, seven kalplerdedir (“Seni Allaha aşk götürür”) və “Aşk Başka” adlı kitablarının təqdimatı və imza günü keçirilib.

Fenomen.az-ın APA-ya istinadən məlumatına görə, tədbirdə Türkiyənin tanınmış sənətçiləri Orxan Gəncəbay, Oya Aydoğan, Sevim Emre, Nursaç  Doğanışık, Bora Gencer, Mehmet Özkaya, Bünyamin Aksundur, Züleyha, media rəhbərləri və televiziyaçılar Abbac  Güclü,  Güneri  Civaoğlu, Cüneyt Özdemir, İsmayıl Ballı, Mustafa Kara, Nurcan Sabur, Nurettin Soydan, Selim Bakal, şair Cemal Safi, şairə Ayşə Birgül Yılmaz, alim və təsəvvüf araşdırmaçısı Cemalnur Sargut iştirak ediblər.

Tədbirdə əsərləri Türkiyə türkcəsinə uyğunlaşdıran yazar İmdad Afşar, “Palmali” şirkətlər qrupunun vitse-prezidenti İbrahim Nəbioğlu  kitablarla bağlı çıxış ediblər.

Şair Cemal Safi isə Qənirə Paşayevaya həsr etdiyini şeirini söyləyib.

Q. Paşayeva tədbir iştirakçılarına təşəkkür edib. O deyib ki, 40 yaşını bu kitablarla və dostları ilə qeyd etmək onun üçün sevinc və qürurdur:

“Bizim ailəmiz zəngin deyildi, amma atam hər zaman deyərdi ki, o, çox çox zəngindir, çünki pulla alına bilməyəcək qədər çoxlu gözəl dostları vardı. Mən də çox zəngin insanam, çünki sizin kimi çoxlu dəyərli dostlarım var”.

Tədbirdə Q. Paşayevanın yazılarından parçalar səsləndirilib.

Türkiyə Baralor Birliyinin üzvü, vəkil Saide Ekmen təşkilat adından Q. Paşayevaya plaket təqdim edib.

loading...