Qustav Klimt – “Öpüş”

Qustav Klimt – “Öpüş”

post-35-0-88139100-1424895705_thumb

Qustav Klimt  avstriyalı simvolist rəssam və Vyana sesession cərəyanının görkəmli nümayəndələrindən biridir. Klimtin yaradıcılığı rəsm əsərləri, monumental rəsm, eskiz və başqa incəsənət növləri ilə tanınır. Klimtin əsas mövzusu qadın bədəni idi. 1862-ci ildə Vyana şəhərində dünyaya gələn rəssam öz dövrünün ən məşhur rəssamlarından biridir. Rəssamın dünya arenasında məşhur olan və mənim sevimli rəsm əsərlərindən biri olan rəsmi “Öpüş”dür. Hal-hazırda sözügedən əsər Venanın Belverderesində yerləşir. Bu əsər sanki dünyada çevriliş etməyə müvəffəq olmuş müasirliyin rəmzi və yeni dövrün simvoludur. Rəssamın sözügedən əsərdə istifadə etdiyi qızılı çalarlı ornamentlər, isti rənglər xüsusilə izləyicinin zövqünü oxşayır. Qustav Klimtin sözügedən əsəri dünyanın ən bahalı rəsm əsərləri siyahısına düşməyə müvəffəq olub. Əgər rəsm əsərinə tarixi baxış nöqteyi-nəzərdən yanaşsaq, rəssamın yaradıcılığının əsas hissəsi “Rıngsharse” dövründən başlayır və abstraksionizmə kimi davam edir. Bunu da qeyd edim ki, sözügedən rəsm çoxsaylı tənqidlərə məruz qalıb.

 

loading...