Numerizm - Sienna Morris

Numerizm – Sienna Morris

6

Numerizm (Numberism) 2008-ci ildə Portland sakini Sienna Morris tərəfindən işlənib hazırlanmış orijinal rəsm texnikasıdır.
Əsərlərini yaratmaq üçün Sienna yalnız rəqəmlər və riyazi düsturlardan istifadə edir.

Peşəkar rəssam olan 27 yaşlı Sieanna Morris yaradıcı potensialını 2008-ci ildə ciddi şəkildə ölüm və həyat mövzularına maraq göstərdikdən sonra üzə çıxardığını etiraf edir. Ölüm haqqındakı düşüncələrini nəzərə alaraq Sienna həyatın ayrı-ayrı anlarının rəqəmlər vasitəsi ilə eskizlərini hazırlamğa başladı.

Sienna həyatın ən rəngarəng epizodlarını görüb kağız üzərinə köçürə bilir.

“Həyat istəklərimizə qarşı gəlmək, əvvəlcədən müəyyən edilmiş yoldan çıxmaq, qorxularımıza yenilmək üçün çox qısadır. Biz ölməz deyilik, odur ki, sizə verilən imkanları əldən buraxmayın, aşiq olun, dünyanı gəzin, hər gün yeni nələrsə kəşf edin, ən əsası isə həyat yolunuzda həmişə başınız dik irəliləyin” — Sienna Morris şəxsi bloqunda yazır.

Stil və texnika baxımından numerizm puantalizmə uyğun gəlir, yeganə fərq Morrisin nöqtələrdən deyil rəqəmlərdən istifadə etməsidir.

Sienna əsərlərində heç bir xətlərdən istifadə etmir o, əsərlərini yalnız mürəkkəb riyazi düsturlar və rəqəmlərlə yaradır.

1

2

3

4

5

Odin.az

Aynur AlimuradBeyli

 

loading...