Azərbaycanlı bacılar Berlini heyran etdi - fotolar

Azərbaycanlı bacılar Berlini heyran etdi – fotolar

Avropanın mərkəzi Berlin şəhərində Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş gecə kecirilib.

Azərbaycan Respublıkasının Almaniyada fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov cənabı başda olmaqla səfirlik tərəfindən təşkil olunmuş gecə Berlinin möhtəşəm məkanlarından olan “Rathaus Charlottenburq Festsaal”da baş tutub.

Gecəni giriş sözü ilə səfir özü açıb. O, Ulu öndərin həyat və yaradıcılığından geniş danışıb. Sonra səhnəyə Azərbaycandan gəlmiş opera səhnəsinin kraliçaları, uzun illərdir öz sənəti ilə bütün dünyanı fəth edən SSRİ xalq artisti Fidan Qasımova və Azərbaycanın xalq artisti Xuraman Qasımova bacıları dəvət olundu. Zal onları gurultulu alqışlarla qarşılayıb.

Tədbirdə iştirak edən tanınmış teleaparıcı və jurnalist Nuran Hüseynov konsert təəssüratlarını ANS PRESS-lə bölüşdü: “Qasımova bacılarının ecazkar səsinin sorağına gələnlər zalı bütünlüklə doldurmuşdu. Burada müxtəlif millətlərin nümayəndələri iştirak edirdi. Proqram çox gözəl və çox da maraqlı idi. Əvvəlcə dahi bəstəkarımız Tofiq Quliyevin “Azərbaycan”, “Mənim Vətənim” və başqa Azərbaycan əsərləri səsləndi. Bununla yanaşı, karifey sənətkarlarımızın ifasında Andrea Falçonierinin “O bellissimi capelli”, Franz Schubertin “Seligkeit” ve digər xarici əsərlər böyük ustalıqla nümayiş etdirildi. Onların hər ifası gurultulu alqışlarla qarşılandı.

Zalda olan yüzlərlə qonaq çox diqqətlə sənətkarlarımızı dinləyirdilər və bu gecədən çox razı olduqlarını heç gizlətmirdilər. Onları dinləməkdən hamımız böyük zövq aldıq. Qasımova bacıları öz maraqlı çıxışları ilə bizə çox gözəl bir axşam yaşatdılar. Nəhayət bu möhtəşəm konsertə ayrılan vaxt başa catdı. Amma heç kim yerinden qalxmaq istəmirdi. Hamı mahir sənətkarlarımızı ayaqda xeyli alqışladılar və gurultulu alqışlarla onları səhnədən yola saldılar. Mən çox böyük zövq aldım bu gecədən”.

Nuran bəy Azərbaycanı yüksək səviyyədə dünyada təmsil edən Fidan və Xuraman bacılarına öz böyük təşəkkürünü bildirdi: “Şəxsən mən bir daha qürur duydum ki, millətimin belə dahi sənətkarları var, onlar sonsuzdur və bizim musiqimizi dünyada yaşadırlar. Və mən azərbaycanlı olmağımdan bir daha fəxr etdim. İstəyirəm öz adımdan və orada iştirak edən bütün insanlar adından opera dünyasının ulduzları Fidan və Xuraman Qasımova bacılarına böyük təşəkkür edim. Onlara möhkəm can saglığı arzulayıram və gələcək çıxışlarında da həmişəki kimi böyük uğurlar arzulayıram! Çox var olun, mənim əzizlərim. Nə yaxşı ki, siz varsınız. Şükürlər olsun sizləri yaradana! Siz bizim milli qürurumuzsunuz!”. (anspress)

9e2dc1491374 79be17b10bd6 1474cb9917a8 6667ef8fb34a ae929e96ef6b b057b3a60f05

loading...