Azərbaycanda Əli və Ninonun heykəli ucaldılacaq

Azərbaycanda Əli və Ninonun heykəli ucaldılacaq

Gəncə Bulvar Kompleksində Azərbaycanda ilk dəfə olaraq “Əli və Nino”nun heykəli ucaldılacaq. Memarlar abidənin dünya memarlığında bir ilk olacağını bildirirlər.

Fenomen.Az Kəpəz TV –yə istinadən xəbər verir ki, Gəncəçayın sağ sahilində salınan “Əli və Nino” parkında yerləşəcək memarlıq əsərində beton-konstruksiya işləri aparılır.
Qurban Səidin müəllifi olduğu “Əli və Nino” əsəri əsasında yaradılan heykəllərin hündürlüyü 3.5 metr təşkil edəcək. Kompleksdə işlərin 2 aya kimi yekunlaşdırılması nəzərdə tutulur.

Memarı Cahid Həsənov olan və azərbaycanlı və gürcü gənclərin sevgisinə həsr edilən abidə Azərbaycandan öncə Çin, Fransa və Gürcüstanda ucaldılıb.

loading...