"Azərbaycan qadını” jurnalının yaz buraxılışı - Təqdimat - FOTOLAR

“Azərbaycan qadını” jurnalının yaz buraxılışı – Təqdimat – FOTOLAR

Bu axşam Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan qadını” jurnalının növbəti – yaz buraxılışının təqdimatı keçirildi.

Ənənəvi olaraq bu dəfə də jurnalın təqdimatında konsert proqramı təşkil olunmuşdu. Proqramda istedadlı opera mügənniləri Aytac Şıxəlizadə, Aydan Quliyeva, Aynur İskəndərli, Anton Fernştad, Fərid Əliyev və Adil Axundov. Onlar çox məharətlə rus və italyan opera tamaşalarından müxtəlif partiyalar ifa etdilər.

Qeyd edək ki konsertin bədii rəhbəri xalq artisti Şəfiqə Məmmədova idi. Tədbirdə (yenə də ənənəvi olaraq) mədəniyət aləminin çoxlu sayda tanınmış simalarını görmək olardı – yazıcı Çinqiz Abdullayev, aktyor Fəxrəddin Manafov, müğənni Fidan Haciyeva, Bakı Bələdiyyə Teatrının rəhbəri Amaliya Pənahova, İncəsənət Universitetinin rektoru Fərəh Əliyevavə, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi və digərləri.

Tədbirin sonunda hər bir tamaşaçıya jurnalın yeni buraxlışı hədiyyə edildi. (ATV.az)

loading...