Təranədən sonra o da həbs edildi | Fenomen.Az
loading...

Təranədən sonra o da həbs edildi

“İntuş” ləqəbli məşhur stilist İntizam Yusifov Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, o, Bakı şəhər sakinləri olan yetkinlik yaşına çatmayan qadınları fahişəliyə cəlb etdiyinə görə tutulub.

Stilistin barəsində Nərimanov rayon məhkəməsinin hakimi Rəşad Abdulov tərəfindən həbs qətimkan tədbiri seçilərək İstintaq Təcridxanasına göndərilib.

Qeyd edək ki, dünən prodüser Təranə Səmədova qadın alverinə görə məhkəmə zalında həbs edilib.


loading...