Kriminal avtoritetlərin restorandakı “sxodka”sına basqın – Fotolar+ Video – Fenomen.Az
Fenomen.Az

Kriminal avtoritetlərin restorandakı “sxodka”sına basqın – Fotolar+ Video

Kiyev hüquq-mühafizə orqanlarının əməkdaşları Ukrayna Ali Rada bulvarının restoranında kriminal avtoritetlərin “sxodka”sına basqın edib.

Fenomen.Az xəbər verir ki, “Qafqazinfo”nun xəbərinə görə, Kiyev Polis Şöbəsinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, “sxodka”ya 1985-ci ildən “vor zakon” statusunu daşıyan “Laşa Svan” ləqəbli, gürcü əsilli Laşa Caçvliani rəhbərlik edib.

Əməliyyat-istintaq tədbirləri çərçivəsində 45 yaşlı “qanuni oğru” saxlanılıb. 

Məlumata görə, o digər “həmkarları” ilə əlaqələrini bərpa etməyə və mənzil oğrularının “kuratoru” olmaq istəyib.

Qeyd edək ki, 2017-ci ilə qədər beynəlxalq axtarışda olan “Laşa Svan” bir müddət öncə Ukraynada narkotik vasitələrlə saxlanılıb, daha sonra sərbəst buraxıllıb

loading...