“Kazbekə şey basım” mahnısının ifaçısı həbs edildi – Video – Fenomen.Az
Fenomen.Az

“Kazbekə şey basım” mahnısının ifaçısı həbs edildi – Video

Sosial şəbəkələrdə narkotikdən istifadənin açıq təbliğinə həsr olunan musiqili meyxanasının videogörüntüsü yayılıb.
 
İctimai rezonans doğuran və tənqidlə qarşılanan məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinin tapşırığına əsasən müvafiq tədbirlər həyata keçirilib.

axşam.az  DİN-ə istinadən xəbər verir ki, nəticədə “Kazbekə şey basım” adı ilə məşhurlaşan meyxana ilə narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev olması müəyyən edilib və o, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı “Belamurkanal” papirosuna doldurulmuş və istifadə edilməsi üçün hazırlanmış marixuana aşkar edilib.

Müəyyən olunub ki, V.Abdullayev narkotik istifadəçisidir. İlkin dindirmə zamanı o həmin videonun bir neçə il əvvəl çəkildiyini, bu hərəkətlərinə görə peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndəriləcək.



loading...