Abşeronda ağır qəza: yaralılar var – FOTO – Fenomen.Az
Fenomen.Az

Abşeronda ağır qəza: yaralılar var – FOTO

Abşeron rayonunda sərnişin avtobusu qəza törədib.

Hadisə bu gün Abşeron rayonun Atyalı adlanan qəsəbəsində baş verib.  

99-KU-551 dövlət qeydiyyat nömrəli sərnişin avtobusu yüksək sürətlə yol kənarında dayanan TIR-a çırpılıb. İlkin məlumatlara görə, avtobusun əyləc sistemi tutmayıb, idarəetməni itirərək TIR-a çırpılıb.

Yaralanan sərnişinlər arasında hamilə qadının olduğu bildirilib. Hadisə yerinə polis və altı təcili tibbi yardım maşını cəlb edilib.  

// Oxu.Az

loading...