Yemelyanenko: "Həbibin döyüşlərinə baxmaq maraqlı deyil"

Yemelyanenko: “Həbibin döyüşlərinə baxmaq maraqlı deyil”

Qarışıq döyüş növləri üzrə idmançı Aleksandr Yemelyanenko UFC-nin yüngül çəki dərəcəsində mütləq çempionu Həbib Nurmaqomedovun texnikasını şərh edib.

Rusiyalı idmançı UFC çempionunun döyüş üslubunu maraqsız sayıb. 

“Baxımlı deyil. Onun döyüşünda gözəllik yoxdur.  Bəli, o, [Həbib] hər şeyi düz edir – yorur və qalib gəlir. Amma buna baxmaq maraqlı olmur”, – deyə Yemelyanenko bildirib.

loading...