Xalqımızın igid oğlu Ramil Səfərov yarışda (FOTO)

Xalqımızın igid oğlu Ramil Səfərov yarışda (FOTO)

Zabitimizin adına yarışlar keçirilib.

Ramil Səfərov adına Cənub İdman Klubunun 5 yaşı münasibəti ilə yarış keçirilib.

Fenomen.Az xəbər verir ki, yarışda zabitimiz Ramil Səfərov da iştirak edib.

Yarışda millət vəkili Adil Əliyev Ramil Səfərov adına “Cənub” kikboksinq klubunda olub və Klubun 5-illiyinə həsr olunmuş kikboksinq üzrə klublararısı turnirin açılışında iştirak edərək bütün yarışları izləyib. Yarışın təşkilatçısı “CƏNUB” kikboksinq klubunun direktoru və Baş məşqçisi dünya çempionu Samir Həsənov millət vəklinə kluba göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirib.

Azərbaycan Ordusunun zabiti, Xalqımızın igid oğlu Ramil Səfərov «Cənub» Kikboksinq klubunun yaranmasının 5 illiyi münasibəti ilə gənc idmançıları təbrik edərək, onlara uğurlar arzulayıb.

loading...