Uşu üzrə Azərbaycan yığma komandası sabah dünya çempionatına yola düşür

Uşu üzrə Azərbaycan yığma komandası sabah dünya çempionatına yola düşür

Uşu-sanda yığma komandası bu gün yığma komandanın baş məşqçısi Azər Həsənsoy və böyük məşqçı Bahrəddin Səlimovun rəhbərliyi ilə son məşqini keçirib.

Sabah komanda Şanxay şəhərinə Uşu üzrə 15-ci Dünya Çempionatına yola düşür. Ölkəmiz bu yarışda 48 kqda Avropa Çempionu , DÇ nın gümüş və İHO – nın bürünc medalçısı Orxan Hətəmov, 56 kg da 4 qat Avropa Çempionu, İHO nın gümüş medalçısı Elçin Eminov , 65 kqda Avropa Çempionu, DÇ- nın və İHO nın gümüş,bürünc medalçısı Ruslan Pırəliyev təmsil edəcək.

Uşu üzrə Dünya Çempionatında 85 ölkədən komandalar yarışa qoşulacaq. Bu çempionatda Beynəlxalq Olimpiya Komitəsinin rəhbər şəxsləri baxış və qiymətləndirmə məqsədi ilə iştirak edəcəklər. Çempionatda uşu nün fəxri səfiri , məşhur kino və uşu ulduzu , Jet Li də iştirak edəcək

//baku.news

Uşu üzrə Azərbaycan yığma komandası sabah dünya çempionatına yola düşür

loading...