Teymur Dünya çempionu olmağa bir addım da yaxınlaşdı - MÖHTƏŞƏM QƏLƏBƏ

Teymur Dünya çempionu olmağa bir addım da yaxınlaşdı – MÖHTƏŞƏM QƏLƏBƏ

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda üçüncü final görüşünü keçirib.

32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə ağ fiqurlarla qarşılaşıb.

Görüş 46-cı gedişdə Rəcəbovun qələbəsi ilə bitib. Bu nəticədən sonra Azərbaycan təmsilçisi ümumi hesabı bərabərləşdirə bilib – 1.5:1.5.

Finalçılar oktyabrın 3-də sonuncu görüşlərini keçirəcəklər. Həmin dueldə qalib müəyyənləşməsə, oktyabrın 4-də “tay-breyk” olacaq.

Qeyd edək ki, yarışın mükafat fondu 1,6 milyon dollardır.

// publika.az

loading...