Nurməhəmmədovun atasından Makqreqorun Moskvaya gəlməsinə münasibət - FOTO

Nurməhəmmədovun atasından Makqreqorun Moskvaya gəlməsinə münasibət – FOTO

MMA döyüşçüsü Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov irlandiyalı Konor Makqreqorun Moskvaya gəlməsinə münasibət bildirib. 

O fikirlərini “Instagram” hesabında bölüşüb: 

“Konor artıq Ukraynadadır, fikirləşin görək, Moskvada onunla nə etmək olar?”, – A.Nurməhəmmədov yazıb. 

Xatırladaq ki, dünən Makqreqor Kiyevdə mətbuat konfransı keçirərək, Ukrayna Prezidenti Vladimir Zelenski haqqında danışıb. Oktyabrın 24-də irlandiyalı Moskvada mətbuat qarşısına çıxarılacaq. O, gələcək planları ilə bağlı görüş keçirəcək.

Sonuncu dəfə Nurməhəmmədov və Makqreqor UFC çempionatı çərçivəsində görüşüblər. Nurməhəmmədov həmin görüşdən qələbə ilə ayrılıb.

loading...