Neymar: “Kilian fenomendir, Leo isə...”

Neymar: “Kilian fenomendir, Leo isə…”

PSJ-nin braziliyalı futbolçusu Neymar “Barselona” ulduzu Lionel Messini tərifləyib.

Gazeta.ru xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytında məlumat dərc olunub.

Braziliyalı həmçinin, keçmiş komanda yoldaşını hazırki partnyoru Kilian Mbappe ilə də müqayisə edib.

“Kilian fenomendir. Onun dünya tarixinin ən yaxşılarından biri olmaq üçün potensialı var. Leo ilə birlikdə oynamaq unikal təcrübə idi, biz dostlaşdıq. Messi gördüklərim arasında tarixin ən yaxşısıdır”, – deyə Neymar bildirib.

loading...