Millimiz üçüncü dəfə Bəhreyni məğlub etdi

Millimiz üçüncü dəfə Bəhreyni məğlub etdi

Futbol millimiz Macarıstanla seçmə mərhələ oyunu öncəsi Bəhreynlə səfərdə keçirdiyi qarşılaşmada 3:2 hesabı ilə qələbə qazanıb.

Bununla da yığmamız tarixində üçüncü dəfə qarşılaşdığı ərəbləri yenə məğlub edib.

Qeyd edək ki, daha əvvəl millimiz bu rəqibini fərqli vaxtlarda 3:0 və 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

22:0367-ci dəqiqədə Bəhreyn hesabı bərabərləşdirsə də, 70-ci dəqiqədə Ramil Şeydayev yenidən millimizi önə keçirir – 3:2. 21:5362-ci dəqiqədə Təmkin Xəlilzadə millimizi hesabda önə çıxardı – 2:1.

21:14

Millimiz hücumçumuz Rüfət Dadaşovla 40-cı dəqiqədə hesabı bərabərləşdirdi – 1:1.

21:05

Bəhreyn millimizə qol vurub. 31-ci dəqiqədə Əbdülvahab Rəhman fərqlənib. 

20:12

Bu gün Bakı vaxtı ilə saat 20:30-da başlayacaq Bəhreyn – Azərbaycan oyunu üçün heyətlər açıqlanıb.

Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaq:

Bəhreyn: 21. Səid Məhəmməd Cəfər (k), 3. Valid Məhəmməd, 5. Əhməd Mübarək, 6. Məhəmməd Yusif, 8. Əli Cəfər, 10. Əbdülvahab Rəhman, 11. İsmayıl Əbdüllətif, 17. Abdulla Xalid, 22. Məhəmməd Adil, 25. Mehdi Feysəl, 26. Məhəmməd Əbdülvahab

Ehtiyat oyunçular: 1. Səid Şubbar, 12. Həməd Məhəmməd, 2. Səid Mehdi, 4. Səid Ziya, 7. İsa Musa, 9. Abdulla Yusif, 13. Məhəmməd Səəd, 14. Əli Abdulla, 15. Casim Əhməd, 16. Səid Rza, 18. Əhməd Abdulla, 19. Komail Həsən, 30. Əhməd Nabil

Azərbaycan: 12. Emil Balayev, 5. Abbas Hüseynov, 4. Bəhlul Mustafazadə, 6. Bədəvi Hüseynov (k), 3. Şəhriyar Rəhimov, 20. Rişard Almeyda, 13. Eddi İsrafilov, 8. Emin Mahmudov, 11. Ramil Şeydayev, 9. Ağabala Ramazanov, 16. Rüfət Dadaşov

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 10. Namiq Ələsgərov, 14. Rəşad Eyyubov, 15. Ömər Buludov, 17. Renat Dadaşov, 18. Şəhriyar Əliyev, 19. Təmkin Xəlilzadə, 21. Pavel Paşayev, 22. Cavid Hüseynov

10:57

Bu gün futbol millimiz növbəti oyununu keçirəcək.

Oxu.Az xəbər verir ki, millimiz özündən reytinqdə dörd pillə öndə olan Bəhreynlə yoldaşlıq oyununa çıxacaq.

Manamada keçiriləcək görüş üçün millimizin otel və qidalanma xərcləri ərəblər tərəfindən qarşılanıb. 2008-ci ildə Manamada 2:1 və 2012-ci ildə Bakıda 3:0 qalib gəldiyimiz bu rəqiblə oyuna yığmamız itkilərlə çıxacaq.

Belə ki, komandamızın kapitanı Maksim Medvedev, müdafiəçi Anton Krivotsyuk və yarımmüdafiəçi Dmitri Nəzərov Macarıstanla seçmə mərhələ oyununu cəza səbəbindən buraxdığından, bu səfərə də aparılmayıblar. Bundan başqa, qapıçımız Səlahət Ağayevlə hücumçumuz Mahir Emreli də zədəli olduğundan, heyətdən çıxarılıblar.

Qeyd edək ki, Bəhreyn Milli Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Matçın baş hakimi omanlı Əhməd Əbubəkr Əl-Kaf olacaq.

loading...