Messi zədə aldı - Millinin oyununa qatılmayacaq

Messi zədə aldı – Millinin oyununa qatılmayacaq

DÇ-2018-dən sonra Argentina millisinin heyətində ilk dəfə matça çıxan futbol ulduzu Lionel Messi zədələnib.

Venesuela komandası ilə oyun zamanı zədələnən 31 yaşlı futbolçu komandasının heyətindən çıxarılıb. Onun yoxluğu özünü göstərib. Venesuela yoxlama görüşündə Argentinanı 3:1 hesabı ilə məğlub edib.

Messi bu səbəbdən  millinin martın 26-da Mərakeşlə yoxlama görüşünü buraxmalı olacaq.


loading...