Luis Suarez "Qızıl buts" aldı

Luis Suarez “Qızıl buts” aldı

“Barselona”nın futbolçusu Luis Suarezə “Qızıl buts” mükafatı verilib.

Futbolçuya bu mükafat ötən mövsüm Avropa liqalarında “Real Madrid”li Kriştiano Ronaldo ilə birlikdə ən çox qol vurduğu üçün layiq görülüb. “Liverpul” formasıyla 31 qol vurmuş Luis Suarezə mükafatı “Barselona”da təşkil edilən mərasimdə verilib.

Avropa Sport Mediası tərəfindən təşkil edilən və “Barselona”dakı antik bir pivə zavodunda təşkil edilən mərasimdə Luis Suarezə mükafatını “Liverpul” klubunun əfsanələrindən biri olan Kenni Daqliş verib.

Suarez mükafatını aldıqdan sonra təşəkkür nitqi söyləyib. O bildirib ki, bu mükafatı qazanmaq üçün sabiq komandasına borcludur.

Qeyd edək ki, Luis Suarez bu mükafatı alan ikinci uruqvaylı futbolçudur. Bundan əvvəl bu mükafatı Avro liqada vurduğu 32 qolla Dieqo Forlan qazanmışdı.

ANS PRESS

loading...