Hacı Əliyev daha bir erməniyə rəqib oldu - YENİLƏNİB
Fenomen.Az

Hacı Əliyev daha bir erməniyə rəqib oldu – YENİLƏNİB

Sərbəst güləş üzrə üçqat dünya çempionumuz Hacı Əliyev II Avropa Oyunlarında daha bir erməni idmançısına rəqib olub.

Oxu.Az-ın Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, Hacı Əliyev (-65 kq) ikinci görüşündə belaruslu rəqibini də məğlub edib.

O, Georgi Kolyevə 7:5 hesabı ilə qalib gəlib. Onun yarımfinaldakı rəqibi Ukraynanı təmsil edən erməni Qor Ohanesyan olacaq.

Nurməhəmməd Hacıyev (-97 kq) öncə polşalı Radoslav Barana 8:0, 1/4 finalda gürcüstanlı Elizbar Odikadzeyə 7:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Onun növbəti rəqibi ukraynalı Murazi Mçedlidze olacaq.

Qadın güləşində çıxış edən İrina Netreba (-68 kq) yarışa uğursuz başlayıb. 1/8 finalda Yeni Fransona (İsveç) uduzan təmsilçimiz rəqibin finala yüksəlməsini gözləməyə məcburdur.

12:59

Sərbəst güləş üzrə üçqat dünya çempionumuz Hacı Əliyev II Avropa Oyunlarına inamlı start verib.

Oxu.Az-ın Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, Hacı Əliyev (-65 kq) ilk görüşündə erməni idmançı Volodya Franqulyanla qarşılaşıb.

Tanınmış idmançımız rəqibini döşəyə çıxmağa peşman edib. O, 6:0 hesabı ilə qalib gəlib.

Bundan başqa, 74 kq-da çıxış edən idmançımız Hacımurad Hacıyev yunan rəqibinə 10:3 hesabı ilə qalib gələrək bürünc medal uğrunda yarışa vəsiqə qazanıb. Onun rəqibi ukraynalı Vasili Mixaylov olacaq.

Qeyd edək ki, axşam seansında H.Hacıyevdən başqa, Mahir Əmiraslanov (-57 kq), Aleksandr Qostiyev (-86 kq) və Camaləddin Məhəmmədov (-125 kq) medal görüşlərinə çıxacaq. Onlardan Mahir final matçında, digərləri isə bürünc medal görüşündə mübarizə aparacaq.

loading...