De Liqt artıq Turindədir – “Yuventus” rekord transferi gerçəkləşdirdi - VİDEO

De Liqt artıq Turindədir – “Yuventus” rekord transferi gerçəkləşdirdi – VİDEO

“Ayaks” klubunun müdafiəçisi Mateys de Liqt Turinə gəlib.

Bu barədə “Yuventus”un rəsmi “Twitter” səhifəsi yazıb.

Yaxın müddətdə futbolçu tibbi müayinədən keçəcək. Hər şey qaydasında olarsa, niderlandlı futbolçu Turin klubu ilə beşillik müqavilə imzalayacaq.

De Liqt “Yuventus”un tarixində ən bahalı müdafiəçi oldu: keçid 75 milyon avroya razılaşdırılıb. O, həmçinin, İtaliya A Seriyasının ən yüksəködənişli (ilinə 12 milyon avro) müdafiəçisi olacaq.

Встроенное видео

JuventusFC@juventusfc

👍

Caselle. Stasera. #deLigt #LiveAhead 10 тыс.01:06 – 17 июл. 2019 г.1 947 человек(а) говорят об этом

loading...