Davaya düşən “Qarabağ” futbolçusu: Bayrağımız üçün bunu etməliydim - FOTO

Davaya düşən “Qarabağ” futbolçusu: Bayrağımız üçün bunu etməliydim – FOTO

“Kim olsa bayraq üçün eyni şeyi edərdi” .

“Qarabağ” ın oyunçusu Ansi Aqolli AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Serbiya – Albaniya oyunda düşən dava haqda danışıb.

Fenomen.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Albaniya millisinin oyunçusu davaya səbəb Albaniya bayrağının stadionda görünməsi olduğunu bildirib.

“Serb oyunçular bayrağımızı alıb cırmaq istədi. Buna icazə verməmək üçün üzərinə gedib əllərindən aldıq. Məncə çox normal davrandıq. Kim olsa bayraq üçün eyni şeyi edərdi. Nəticədə onu qorumağa çalışdıq. Kimsəyə zərər verəcək bir hərəkət etmədik. Lakin mənə bir neçə dəfə yumruq atdılar. İnanılmaz bir hadisə yaşadım” , – deyə Aqolli bildirib.

Oyunun əvvəlində Serb tərəfdarların milli himnə hörmətsizlik etdiklərini bildirən Aqolli bunları deyib:

“Himni eşitmədim belə. Matç başlayanda isə əllərində nə varsa bizə atdılar. Daş və cib telefonları belə gördüm” .

Qeyd edək ki, oyunun birinci hissəsinin 44-cü dəqiqəsində meydança üzərində Böyük Albaniyanın xəritəsi və siyasətçilərin portretləri olan banner asılıb. Serbiya oyunçusu banneri qoparanda Albaniya oyunçuları ilə Serbiya oyunçuları arasında dava düşüb.

loading...